Azedu.az

Bu uşaqlar I sinfə qəbulda üstün hüquqa malikdirlər - RƏSMİ

Məktəblər

11 May 2023, 10:38
Bu uşaqlar I sinfə qəbulda üstün hüquqa malikdirlər - RƏSMİ

Uşaqların I sinfə qəbul prosesinə start verilməsi valideynləri qayğlandırıb. Bakıda I sinfə qəbul üzrə müraciətlərin çox olduğu bəzi ümumi təhsil müəssisələri var ki, bir çox valideyn övladının məhz orada oxumasını istəyir.


Bəs həmin məktəblərə qəbul zamanı hansı uşaqlara üstünlük hüququna malikdirlər?


AzEdu.az-ın
Elm və Təhsil Nazirliyindən əldə etdiyi məlumatda bildirilib ki, Bakı şəhərində yerləşən bir sıra ümumi təhsil müəssisələrində birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbulu üzrə aşağıda qeyd olunmuş üstünlük hüquqları təmin olunur:  


- valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin ümumi təhsil müəssisəsinin müəyyən edilmiş ərazisində yaşayan;  

- valideyni (qanuni nümayəndəsi) həmin ümumi təhsil müəssisəsində işləyən;  

- bacısı və ya qardaşı həmin ümumi təhsil müəssisəsində təhsil alan.

Xatırladaq ki, bu gün - mayın 11-də 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbuluna start verilib. Qəbul prosesi mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Rusiyaya ŞOK ZƏRBƏ - Çeçenlər Ukrayna tərəfə keçdi
Son xəbərlərDaha çox