SuperJob analitik informasiya xidmətinin Rusiyadakı valideynlər arasında keçirdiyi sorğuya əsasən, 2023-cü ildə uşaqların əksəriyyəti yay tətilini evdə və ya şəhər kənarındakı bağlarda keçirəcək.
AzEdu.az-ın məlumatına görə, adıçəkilən Xidmət qeyd edir ki, bu il övladını bağa və ya kəndə göndərməyi planlaşdıran valideynlər əvvəlkindən daha çoxdur - 37%. Respondentlərin 31%-i övladlarının bütün yay evdə qalacağını bildirib və bu, son üç ilin ən aşağı göstəricisidir.
13% övladını yay düşərgəsinə göndərmək niyyətindədir. 12% valideyn övladı üçün Qara dəniz sahilində tətil təşkil etməhyi düşünür. Respondentlərin yalnız 2%-i uşaqları ilə Rusiya ətrafında səyahət etməyi, eyni faiz isə xaricə səyahət etməyi planlaşdırır. Valideynlərin yalnız 1%-i uşağını məktəb düşərgəsinə göndərmək istəyir.