Azedu.az

DİM-də TOEFL iBT imtahanı keçirilib

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

10 May 2023, 14:57
DİM-də TOEFL iBT imtahanı keçirilib

İmtahanda 14 nəfər iştirak edib

 

AzEdu.az xəbər verir ki, 2023-cü il mayın 10-da Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

 

İmtahanda 14 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının 31 may 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: //dim.gov.az/activities/exams/toefl/

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox