Azedu.az

Ali təhsilin yeni sistemi bu il sınaqdan keçiriləcək

2 May 2023, 10:50
Ali təhsilin yeni sistemi bu il sınaqdan keçiriləcək

Rusiyada ali təhsilin yeni sistemi 2023-cü ildən sınaqdan keçirilməyə başlayacaq.

Azedu.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin rəhbəri Valeri Falkov bildirib. Onun sözlərinə görə, söhbət bir neçə universitetdə pilot sınaqlarından gedir.

“Bunların müxtəlif regionlardan olan universitetlər olması arzuolunandır. Müxtəlif universitetlər - texniki, klassik universitetlər, böyük, kiçik təhsil müəssisələri və sair”, - deyə nazir bildirib.

Yeni sistemə keçidin əsas mərhələsi 2024-cü ildə baş verməlidir. Bu il abituriyentlər üçün qəbul qaydalarında heç bir dəyişiklik olmayacaq.

Falkovun sözlərinə görə, tələbələrin hüquqları qorunacaq: onlara hazırkı sistem çərçivəsində təhsillərini başa vurmağa icazə veriləcək.

2022-ci ildə Bolonya təhsil sistemindən çıxarıldıqdan sonra Rusiya hakimiyyəti mütəxəssis dərəcəsinin lehinə bakalavr və magistr proqramlarından imtina etməyi planlaşdırdığını açıqlamışdıdı.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox