Azedu.az

Qırğızıstan da latın əlifbasına keçmək İSTƏYİR

2 May 2023, 08:40
Qırğızıstan da latın əlifbasına keçmək İSTƏYİR

“Qırğızıstan Respublikasının dövlət dili haqqında” Konstitusiya qanunu layihəsinin müzakirəsi zamanı qırğız dilinin qorunub saxlanılması üçün əlifbanın dəyişdirilməsi təklif edilib.

Azedu.az saytı Lenta.ru-ya istinadən xəbər verir ki, bu təklifi Qırğızıstan parlamentinin deputatları Emil Toktoşev və Kamilə Taliyeva irəli sürüb.

Məlum olunduğu kimi, orada hələ də Kirill qrafikasından istifadə olunur.

“Əsl islahat aparmaq, dilimizi qorumaq üçün biz latın əlifbasına keçməliyik”, - deyə Toktoşev bildirib. Taliyeva onu dəstəkləyərək deyib ki. hakimiyyət bunu çoxdan etməli idi.

Onlara Dövlət Dil Komissiyasının sədri Kanıbek Osmonəliyev cavab verib və bildirib ki, müvafiq siyasi qərar olarsa, filoloq və dilçilər bu keçid prosesinə başlamağa hazırdırlar. O qeyd edib ki, bu gün altı türkdilli respublikadan yalnız Qırğızıstanda Kirill əlifbasından istifadə olunur.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox