Azedu.az

Peşə tanınması üzrə imtahan keçirilib

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

29 Aprel 2023, 14:57
Peşə tanınması üzrə imtahan keçirilib

İmtahanda 47 nəfər müvəffəqiyyət əldə edib

 

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 
 

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə  ərizəçinin peşə tanınması üçün Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.

 

İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb.

 

İmtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28) ünvanında yerləşən binasında keçirilib.

 

İmtahan saat 11:00-da başlanıb və 1 saat davam edib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 150 nəfərdən 14 nəfər imtahana gəlməyib. Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanda 47 nəfər müvəffəqiyyət əldə edib.

 

Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox