Azedu.az

Yaşı 60-dan çox olan müəllimlərin sertifikasiyası könüllü olacaq

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

28 Aprel 2023, 10:06
Yaşı 60-dan çox olan müəllimlərin sertifikasiyası könüllü olacaq

Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq.

 

AzEdu.az xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qeyd edək ki, hazırda 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakına dair müddəa yer almayıb.

Rus ordusu Razlivi ələ keçirdi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox