Azedu.az

Nazir buraxılış imtahanlarının tez keçirilməsindən DANIŞDI

Məktəblər

Universitetlər

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

Dövlət İmtahan Mərkəzi (DİM)

27 Aprel 2023, 17:14
Nazir buraxılış imtahanlarının tez keçirilməsindən DANIŞDI

"Son illərdə apardığımız monitorinqlər göstərir ki, buraxılış siniflərində davamiyyət müəyyən mənada aşağı olur".

 

AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

Nazir qeyd edib ki, burada məktəblərin üzərinə müəyyən məsuliyyət düşür.

 

“Məktəblər 11-ci siniflərdə tədris müddətinin son aylarında şagirdlərdə maraq yaratmalıdır ki, onlar dərsə gəlsinlər. Düşünürəm ki, məktəblər şagirdlərlə daha sıx işləməlidir. Buraxılış imtahanlarının tez keçirilməsinə gəldikdə isə, Dövlət İmtahan Mərkəzinə açıq sualları yoxlayıb çatdırmaq üçün vaxt lazımdır. Dünya təcrübəsində də bu var”, - deyə nazir əlavə edib.

Rusiyaya ŞOK ZƏRBƏ - Çeçenlər Ukrayna tərəfə keçdi
Son xəbərlərDaha çox