Azedu.az

Magistr və doktorantlara ŞAD xəbər: vergi tutulmayacaq

Magistratura

Doktorantura

25 Sentyabr 2018, 11:16
Magistr və doktorantlara ŞAD xəbər: vergi tutulmayacaq

Magistr və doktorantlara verilən təqaüdlərdən vergi tutulmayacaq.

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki,  bununla bağlı Vergi Məcəlləsinin 102-ci maddəsinə (Gəlir vergisindən azadolmalar və güzəştlər) dəyişiklik təklif olunur.

Hazırki qanunvericiliyə görə, istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğlərindən gəlir vergisi tutulmur.

Dəyişikliyə görə isə magistr və  doktorantlara verilən təqaüdlərdən gəlir vergisi tutulmayacaq.

Vergi Məcəlləsinə dəyişiklik Milli Məclisin oktyabrın 1-i və 5-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox