Aprelin 26-dan Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin buraxılış vərəqələrinin çap edilməsi prosesinə başlanılıb.
AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Şagirdlər //portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən buraxılış vərəqələrini çap edə bilərlər.
Qeyd edək ki, aprelin 30-da ümumi təhsil müəssisələrinin V sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadası və VI,VII sinif şagirdləri arasında məktəblilərarası fənn müsabiqələri keçiriləcək.