Azedu.az

“TamGənc" Tələbə Basketbol Liqasına yekun vurulub

Elm və Təhsil Nazirliyi

Tələbə və şagird

25 Aprel 2023, 17:47
“TamGənc

“TamGənc” Tələbə Basketbol Liqasına yekun vurulub. 


 
AzEdu.az xəbər verir ki, Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının basketbolçuları arasında keçirilən final oyununda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası 82-77 hesablı qələbə qazanaraq "TamGənc" Tələbə Basketbol Liqasının çempionu olub. 


 
3-cü yer uğrunda mübarizədə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası Azərbaycan Dövlət İqtisad Universitetinin komandası üzərində 77-68 hesablı qələbə ilə liqanın bürünc mükafatına yiyələnib. 


 
Qalib komanda elm və təhsil nazirinin müavini Firudin Qurbanov tərəfindən təltif edilib. 


 
Qeyd edək ki, tələbə liqasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Xəzər Universiteti və Bakı Mühəndislik Universitetinin komandaları mübarizə aparıb. 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox