"Ümummilli lider "Heydər Əliyev İli" çərçivəsində Sankt-Peterburq Dövlət İqtisad Universiteti ilə birlikdə Sankt-Peterburqda "Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirdik".
AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov bildirib:
Rektor qeyd edib ki, "Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti və misilsiz xidmətləri haqqında maraqlı çıxışlar dinlədik.
Bu konfransın keçirilməsində əvəzsiz yardım etmiş Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektoru professor İ.A.Maksimtsevə və onun komandasına, konfransda iştirak və çıxış edən hər bir şəxsə öz adımdan və UNEC adından təşəkkür edirəm.
Eləcə də, Sankt-Peterburq Dövlət İqtisad Univetsitetinin rəhbərliyi və aparıcı alimlərilə fikir mübadiləsi apardıq, UNEC təcrübəsini bölüşdük və əməkdaşlığa dair müqavilə imzaladıq".