SuperJob sosial tədqiqatlar mərkəzinin sorğusu göstərib ki, Rusiyadakı müəllimlərin əksəriyyəti (60%) özünə güvənən mütəxəssislərdir. Eyni zamanda, araşdırmada iştirak edən müəllimlərin 23%-i özlərini utancaq şəxslər adlandırıblar.
AzEdu.az xəbər verir ki, özünə güvənən peşəkarların ilk onluğunda müəllimlər marketoloqlardan sonra ikinci yerdə gəliblər (76%).
Satış menecerləri (68%), hüquqşünaslar (62%), iqtisadçılar (61%) və katiblər (66%) müəllimlərdən bu sahədə geri qalırlar. Ən utancaq peşə sahibləri dizaynerlər (57%), çağırı mərkəzi operatorları (43%), HR menecerləri (38%) və proqramçılar (36%) olub.
Maraqlıdır ki, müəllimlər arasında qərarsız insanların faizi xüsusilə yüksəkdir: Onlardan 17%-i özlərini nə məqsədyönlü, nə də utancaq adam kimi müəyyən edə bilib.
Bu sahədə bizim respublikada müxtəlif peşə sahibləri arasında vəziyyət necədir? Təhqiqat aparmağa dəyər.