Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən əvvəlki ilin məzunları üçün 2 aprel tarixində buraxılış imtahanı keçirildi. Növbədə isə qəbul imtahanları gəlir.
Məlum olduğu kimi, qəbul imtahanları 2 mərhələdən ibarət olacaq.
Bəs əvvəlki ilin məzunları l cəhddə iştirak etmədiyi halda ll cəhddə iştirak edə biləcək?
AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, əvvəlki ilin məzunları l cəhd imtahanında iştirak etməsələr də, ll cəhd imtahanına gələ bilərlər.
Xatırladaq ki, 2 aprel buraxılış imtahanının nəticələrinin mayın əvvəlində elan olunması nəzərdə tutulur.