CV yazırsanız, müxtəlif vizalarla əlaqədar səfirliklərə müraciət edirsinizsə, ingilis dilli ölkələrdə təhsil almağı və ya işləməyi planlaşdırırsınızsa, ingilis dili biliyi testi elə sizin üçün faydalıdır. Bu həm də sizə təhsilinizi hansı səviyyədən davam etdirməli olacağınızı müəyyən edəcək...
Azedu.az sizə ingilis dili səviyyənizi öyrənməyin 4 yolu haqda məluamt verir:
1. Onlayn sınaq
Ən sürətli və ən sərfəli yol internetdə dil testi tapmaqdır. Rəsmi mərkəzlərin və dil məktəblərinin testlərinə etibar edə bilərsiniz. Məsələn: Kembric Mərkəzi, Britaniya Səfirliyinin Mədəniyyət və Təhsil Departamenti , Beynəlxalq Dil Məktəbi ILS.
2. Müəllim qiymətləndirməsi
Dil səviyyəsinin peşəkar qiymətləndirilməsini bu sahə üzrə mütəxəssis-müəllimlər verə bilər: ingilis dili müəllimi və ya orta məktəb müəllimi.
3. Beynəlxalq sınaq
Adətən dil biliyinin müəyyən edilməsi ilə əlaqədar imtahanlar yüksək reputasiyaya və beynəlxalq nüfuza malik dil mərkəzləri tərəfindən aparılır. Ən populyar: IELTS, TOEFL və Kemmbric Qiymətləndirmə mərkəzləri tərəfindən aparılır.
4. ILS-in müstəqil sınaqları
Beynəlxalq Dil Məktəbi olan ILS Kembric imtahanlarının tam təqlidi olan müstəqil test keçirir. Davranış standartlarına, tapşırıqların növlərinə və qiymətləndirmə sisteminə görə orijinala çox yaxındır. Kembric imtahanları bizim ölkəmizdə keçirilməzdən qabaq ILS məktəbi səkkiz il ərzində bu testləri aparmaq üçün akkreditə olunmuş mərkəz kimi işləyirdi. Siz həm səviyyənizi müəyyən etmək, həm də xaricdə beynəlxalq imtahanlara hazırlaşmaq üçün müstəqil ILS testindən keçə bilərsiniz.