Azedu.az

Təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlər keçirilib

Məktəblər

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

14 Aprel 2023, 17:13
Təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlər keçirilib

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən təkrar sertifikasiyada iştirak edəcək müəllimlərə dəstək məqsədi ilə “İbtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu” üzrə təlimlər həyata keçirilir.

 

ARTİ-dən AzEdu.az-a verilən məlumata əsasən, təlimlərə mart ayından etibarən Bakı şəhəri, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regionlarına tabe olan rayonlarda, müəllimlərin yaşayış yerlərini nəzərə alaraq müəyyənləşdirilmiş təlim mərkəzlərində başlanılıb. Qeyd edək ki, 2500 nəfərə qədər ibtidai sinif müəllimi bu təlimlərdə iştirak edir.

 

Müəllimlərin təlim ehtiyaclarını nəzərə alaraq hazırlanmış proqramda Azərbaycan dili və riyaziyyat fənlərinin məzmun xətləri üzrə lazımi bilik və bacarıqların təkmilləşdirilməsi nəzərdə tutulub.

Rusiyaya ŞOK ZƏRBƏ - Çeçenlər Ukrayna tərəfə keçdi
Son xəbərlərDaha çox