Azedu.az

Memarlıq və İnşaat Universitetində əcnəbi tələbə sayı - Rəsmi CAVAB

Universitetlər

Maraqlı

14 Aprel 2023, 16:46
Memarlıq və İnşaat Universitetində əcnəbi tələbə sayı - Rəsmi CAVAB

Elm və Təhsil Nazirliyi bir müddət öncə Azərbaycan universitetlərində 2022-2023-cü tədris ili üzrə 110 ölkədən 9000-ə yaxın xarici vətəndaşın təhsil aldığını açıqlamışdı.

 

Təhsillərini ölkəmizdə davam etdirən əcnəbi tələbələr Azərbaycanın müxtəlif universitetlərini seçirlər. Bəzi universitetlərdə bu say çoxluq təşkil etsə də, bəzilərində demək olar ki, yoxdur.

 

AzEdu.az sözügedən məsələ ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) müraciət edib.

 

Bu universitetdə nə qədər əcnəbi tələbə təhsil alır?

 

Ali təhsil müəssisəsindən sorğumuza cavab olaraq bildirilib ki, universitetdə 327 əcnəbi tələbə təhsil alır.

 

“1977-ci ildən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində xarici ölkələr üçün kadr hazırlığı həyata keçirilir. Universitetdə xarici tələbələrə Azərbaycan, rus və ingilis dillərini tədris edən Əcnəbi vətəndaşların hazırlığı fakültəsi fəaliyyət göstərir. Bu fakültəni bitirənlər Universitetin bakalavriatura, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə edirlər. Hazırda universitetimizdə müxtəlif ixtisaslar üzrə 327 əcnəbi tələbə təhsil alır”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox