Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən tam orta (11 illik) təhsil bazasında buraxılış imtahanları artıq yekunlaşıb. Növbədə isə abituriyentləri qəbul imtahanları gözləyir.
Hər iki imtahanın nəticələri elan oldunduqdan sonra ixtisas seçimi başlayacaq. Abituriyentlər ballarına və istədikləri ixtisasa uyğun olaraq seçim edəcəklər.
Bəs ixtisas seçiminə hansı abituriyentlər buraxılmayacaq?
AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, ixtisas seçiminә ümumi balı 50-dәn, Azәrbaycan dili vә ya rus dili fәnni üzrә balı 20-dәn vә riyaziyyat fәnni üzrә balı 10-dan az olmayan abituriyentlәr buraxılırlar.
Bildirilib ki, hәr bir abituriyent müxtәlif tәhsil müәssisәlәrinin tәhsili dövlәt hesabına vә ödәnişli әsaslarla olan 12-dәk ixtisas kodunu seçә bilәr. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müәyyәnlәşdirir. Müsabiqә zamanı abituriyentin yerlәşdirilmәsi onun seçdiyi ixtisasların ardıcıllığı nәzәrә alınmaqla qәbul planı çәrçivәsindә hәyata keçirilir vә abituriyent müsabiqәdәn keçdiyi ixtisasların birincisinә yerlәşdirilir. Xüsusi qabiliyyәt tәlәb edәn ixtisasların müsabiqәsinә ümumi balı 50-dәn az olmayan (fәnlәr üzrә bal mәhdudiyyәti qoyulmur) vә müvafiq komissiya tәrәfindәn keçirilәn qabiliyyәt imtahanlarından “mәqbul” alan abituriyentlәr buraxılırlar.
“Xoreoqrafiya sәnәti” vә “Rәqs müәllimliyi” ixtisaslarının müsabiqәsindә isә ümumi balı 30-dan (fәnlәr üzrә bal mәhdudiyyәti tәtbiq edilmir) az olmayan abituriyentlәr iştirak edә bilәrlәr (bax: “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyәt imtahanları” jurnalının 2-ci sayı). Müsabiqә abituriyentin qәbul (buraxılış) imtahanında topladığı ümumi bal әsasında aparılır.
Qeyd edək ki, müsabiqә zamanı ümumi balı eyni olan iki vә daha çox abituriyenti bir-birindәn fәrqlәndirmәk mәqsәdilә aşağıda qeyd edilәn ardıcıllıqda әlavә göstәricilәrdәn istifadә edilir:
- tәhsil haqqında sәnәdә (attestata) "Tәdris dili", "Әdәbiyyat", "Xarici dil", "Riyaziyyat", "Azәrbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya", "Biologiya", "Coğrafiya" fәnlәri üzrә yazılmış yekun qiymәtlәrin әdәdi ortası;
- Azәrbaycan (rus) dili fәnni üzrә imtahan balı;
- riyaziyyat fәnni üzrә imtahan balı.
Ümumi balı eyni olan iki vә daha çox abituriyenti bir-birindәn fәrqlәndirmәk mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerlәşdirilir.