Rusiya Ali İqtisadiyyat Universitetinin Hüquq fakültəsinin dekanı Vadim Vinoqradov Gazeta.ru-ya bildirib ki, qanun müəllimlərə 3 min rubldan (63 AZN) artıq dəyərə malik hədiyyələrin verilməsini qadağan edir. O, Mülki Məcəllənin 575-ci “Hədiyyənin qadağan edilməsi” maddəsinə istinad edib:
"Dəyəri üç min rubldan çox olmayan adi hədiyyələr istisna olmaqla ... təhsil təşkilatlarının, tibb təşkilatlarının, sosial xidmət göstərən təşkilatların və oxşar təşkilatların işçilərinə ... hədiyyə vermək qadağandır".
AzEdu.az-ın məlumatına görə, hüquqşünas bildirib ki, söhbət istər ümumi, istərsə də fərdi hədiyyələrdən gedir. Əgər hədiyyənin dəyəri 3 min rubldan azdırsa, lakin bu məbləğdən daha bahalı görünürsə, qanunla problem yaşamamaq üçün qəbzi saxlamaq daha yaxşıdır,- deyə Vinoqradov məsləhət görüb.