Beyləqan rayonunda güclü külək məktəbə ziyan vurub.
AzEdu.az xəbər verir ki, hadisə Beyləqan rayonunun 1-ci Şahsevən kəndində baş verib. Güclü külək Gəray Əsədov adına 1 nömrəli tam orta məktəbdə dərs zamanı dam örtüyünü uçub.
Hadisə zamanı bir neçə şagirdin mobil telefonu zərər görüb. Dam örtüyünün uçması nəticəsində şagirdlər bir müddət məktəbin içərisindən çıxa bilməyiblər.
Hadisə yerinə təcili yardım maşını da çağırıblar. Xoşbəxtlikdən şagirdlər arasında xəsarət alan olmayıb.