Azedu.az

Müəllimlərin sertifikasiya balı yerdəyişmədə nəzərə alınacaq - RƏSMİ

Məktəblər

Müəllimlər və elm adamları

13 Aprel 2023, 15:13
Müəllimlərin sertifikasiya balı yerdəyişmədə nəzərə alınacaq - RƏSMİ

Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsində diaqnostik qiymətləndirmə balı və Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında topladığı bal nəzərə alınır.

 

Bəs növtəbi illərdə bu prosesdə sertifikasiya balı nəzərə alınacaq?

 

AzEdu.az-ın məlumatına görə, sözügedən mövzu ilə bağlı Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli açıqlama verib:

 

“Biz ötən il yalnız 11 min ibtidai sinif müəllimini sertifikasiyaya cəlb etdik. Bu il isə daha 20 min müəllimin ölkə üzrə sertifikasiyasını həyata keçirəcəyik. Bu qeyri-bərəbərlik olmasın deyə, bu il sertifikasiya balının iş yerinin dəyişdirilməsində nəzərə almadıq. Düşünürəm ki, növbəti illərdə sertifikatlaşdırma yekunlaşdıqdan sonra sertifikasiya balından istifadə edə biləcəklər. Amma bu il üçün nəzərdə tutulmur".

 

Rusiyaya ŞOK ZƏRBƏ - Çeçenlər Ukrayna tərəfə keçdi
Son xəbərlərDaha çox