"Bu il fevralın 1-dən 300-ə yaxın məktəbdə yeni şagird davranış qaydaları pilot layihəsinin icrasına başlanılıb və ilkin nəticələr müsbətdir".
AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
EşƏliyevin sözlərinə görə, aprel ayından etibarən şagird davranış qaydaları pilot layihəsinin icrası ilə bağlı monitorinqlər başlayıb.
Monitorinqlər zamanı əldə olunan ilkin nəticələr müsbətdir:
"Lakin bəzi məktəblər layihəni düzgün icra edə bilmir. 2023-cü ilin sentyabrından bütün məktəblər bu layihə əsasında öz qaydalarını hazırlamalıdırlar. Valideynlər bu qaydaların işləməsində maraqlı olmalıdırlar. Əgər məktəblə bu sahədə əməkdaşlıq etməsələr, bu qaydalar işləməyəcək".