Azedu.az

Bağçalara uşaq qəbulunun vaxtı ELAN EDİLDİ

13 Aprel 2023, 12:45
Bağçalara uşaq qəbulunun vaxtı ELAN EDİLDİ

Bu ilin yay aylarında bağçalara qəbul elan ediləcək.


AzEdu.az
xəbər verir ki, bu barədə Elm və Təhhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib.


O qeyd edib ki, bağçalara qəbul ildə bir dəfə açılır.


“Bağçalara qəbul ildə bir dəfə, yay aylarında elan edilir. Lakin qəbuldan sonra da boş qalan yerlərə qeydiyyat aparılır”,- deyə o əlavə edib.


Elnur Əliyev bağçalardakı yer çatışmazlığından da söz açıb.


Bildirib ki, Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən elə uşaq bağçaları var ki, 300-ə yaxın valideyn növbə gözləyir.


O qeyd edib ki, qeydiyyatdan keçib gəlməyən uşaqların bağçadan xaric olunması prosedurunun işlənilməsi nəzərdə tutulur.


“Bunun üçün normativ sənədlərə düzəliş ediləcək. Növbədə dayanan valideynlərin uşaqları bağçaya yerləşdirə bilməsi üçün şərait yaradılmalıdır”,- deyə o əlavə edib.

 
Nazirlik rəsmisinin sözlərinə görə, hazırda 1-5 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) cəlbi 35 % təşkil edir.


Bu göstəricinin 2026-ci ilə qədər 50 %-ə çatdırılması qarşıya məqsəd kimi qoyulub.

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox