Azedu.az

18 bağça müdiri işdən ÇIXARILIB

Bağçalar

Elm və Təhsil Nazirliyi

13 Aprel 2023, 12:38
18 bağça müdiri işdən ÇIXARILIB

Bu ilin ötən dövründə 18 bağça müdiri işdə yol verdiyi nöqsanlara görə vəzifədən azad olunub.

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

 
O bildirib ki, ötən il 14 bağça müdiri işdən çıxarılıb.


Şöbə müdirinin sözlərinə görə, bu istiqamətdə monitorinq aparılır. E.Əliyev vurğulayıb ki, bağçalarda aparılan bütün monitorinqlər xəbərdarlıq edilmədən həyata keçirilir:

"Ümumilikdə monitorinq nəticələrinə görə, bəzi bağça müdirləri vəzifə öhdəliklərini düzgün yerinə yetirə bilmir. Bu səbəbdən çox sayda bağça müdiri işdən çıxarılıb".


Elm və Təhsil Nazirliyinin tabeliyindəki 1700-ə yaxın bağçada monitorinq aparılıb. Monitoriqnlər zamanı bağçalarda infrastrukturla bağlı ciddi problemlər aşkarlanıb, bəzi məktəbəqədər tərbiyə müəssisələrinin təmirə ehtiyacı olduğu müəyyənləşdirilib.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox