Ümumi təhsil müəssisələrində kitabxanaçıların işə qəbulu prosesinin nə zaman başlanacağı barədə müxtəlif suallar verilir.
Kitabxanaçı olmaq istəyən namizədlər üçün müsabiqə hansı qurumlar tərəfindən aparılır və qeydiyyat nə zaman başlayacaq?
AzEdu.az təhsil ictimiayyətini maraqlandıran bu sualla Elm və Təhsil Nazirliyinə müraciət edib.
Nazirlikdən sorğumuza cavab olaraq bildirlib ki, kitabxanaçıların işə qəbul prosesi Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) və Regional Təhsil idarələri tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib ki, kitabxana müdiri və kitabxanaçıların işə qəbulu müsabiqəsinin cari tədris ilində keçirilməsi nəzərdə tutulmayıb.
"Müvafiq vəzifələr üzrə işə qəbul aparılarkən öncədən ictimaiyyətə geniş məlumat verilir", -deyə qeyd edilib.