Azedu.az

Aprelin 17-də Uşaq İncəsənət Festivalı başlayır

Məktəblər

Maraqlı

11 Aprel 2023, 15:39
Aprelin 17-də Uşaq İncəsənət Festivalı başlayır

Aprelin 17-də ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Uşaq İncəsənət Festivalının ilk mərhələsi başlayacaq.

 

Bu barədə AzEdu.az-a Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, qeydiyyatdan keçmiş hər bir şəxs bu mərhələdə iştirak etmək üçün aprelin 10-dan festivalın rəsmi internet portalı olan www.uif.az saytına daxil olaraq “I Mərhələ” bölməsinə keçid etməklə qeydiyyat kodunu və ya FİN nömrəsini yazmaqla festivalda iştirakının müəyyən edilən vaxtı və məkanı haqqında məlumat ala bilər.

 

Festivala qatılanlar şəxsiyyəti təsdiq edən sənədi və iştirak məlumatlarının çap olunmuş formatını özləri ilə gətirməlidirlər.

 

 

 

Rusiyaya ŞOK ZƏRBƏ - Çeçenlər Ukrayna tərəfə keçdi
Son xəbərlərDaha çox