Azedu.az

Lütfi Zadə adına məntiq olimpiadasına qeydiyyat bu tarixdə yekunlaşır

Məktəblər

Maraqlı

11 Aprel 2023, 15:22
Lütfi Zadə adına məntiq olimpiadasına qeydiyyat bu tarixdə yekunlaşır

Aprelin 11-dən etibarən Lütfi Zadə adına məntiq olimpiadasında iştirak üçün elektron qeydiyyat prosesinə start verilib. Lütfi Zadə adına məntiq olimpiadasında iştirak etmək istəyən şagirdlər //portal.edu.az/ platformasında qeydiyyatdan keçməklə “Müsabiqə və Olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər. Qeydiyyat prosesi 21.04.2023-cü il tarixinədək davam edəcək.

 

ARTİ-dən AzEdu.az-a bildirilib ki, olimpiada 30 aprel 2023-cü il tarixində ümumtəhsil müəssisələrinin V sinif şagirdləri arasında keçiriləcək.

 

Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə əlaqədar qeyd olunan nömrəyə (+99450-7914631) Whatsapp üzərindən ətraflı şəkildə müraciət edə bilərsiniz.

Rusiyaya ŞOK ZƏRBƏ - Çeçenlər Ukrayna tərəfə keçdi
Son xəbərlərDaha çox