Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanları yekunlaşıb.
5 mart tarixində keçirilən imtahanın nəticələri ötən həftə açıqlanıb. 12 mart imtahanının nəticələrinin isə bu həftə ərzində elan olunması nəzərdə tutulur.
2 aprel tarixində keçirilən sonuncu buraxılış imtahanında iştirak edənlər nəticələrinin nə zaman açıqlanacağı barədə narahatdır.
AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, 2 apreldə keçirilən buraxılış imtahanının nəticələrinin mayın əvvəlində açıqlanması nəzərdə tutulur.