Azedu.az

Sosial müavinət almaq üçün ailələr kütləvi şəkildə boşanır

Xaricdə Təhsil

10 Aprel 2023, 12:06
Sosial müavinət almaq üçün ailələr kütləvi şəkildə boşanır

Rusiya Federasiyasında ailələr sosial müavinət almaq üçün kütləvi şəkildə boşanmağa başlayıb.

AzEdu.az xəbər verir ki, bu barədə Hesablama Palatasının direktoru Olqa Samarina bildirib. Onun sözlərinə görə, bu tendensiya regionlarda xüsusilə nəzərə çarpır.

“Biz rayonlara getdik, gördük ki, ailə aidiyyatı orqanlara necə sosial müavinat almaq üçün müraciət edirlər, amma onların müraciətləri cavabsız qalır. Boşanırlar, ikinci dəfə müraciət edirlər və bu dəfə onları istəkləri təmin edilir”.

Rusiyada ailənin gəliri müəyyən səviyyədən aşağı olduqda (hər bölgədə fərqlidir) 17 yaşa qədər hər bir uşaq üçün ödəniş ala bilər. Boşanma zamanı adambaşına düşən orta gəlir ayrıca nəzərə alınır və valideynlərin hər biri müavinət almaq hüququ əldə edir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox