Azedu.az

Məktəbli qız 9-cu mərtəbədən yıxıldı

Məktəblər

Tələbə və şagird

10 Aprel 2023, 11:19
Məktəbli qız 9-cu mərtəbədən yıxıldı

Voronejdən olan 14 yaşlı məktəbli 9-cu mərtəbədən yıxılaraq sağ qalıb.

 

AzEdu.az xəbər verir ki, məlumata görə, o, huşsuz vəziyyətdə və çoxsaylı xəsarətlərlə hündürmərtəbəli binanın pəncərələri altında tapılıb. Məlumdur ki, məktəbli kifayət qədər qapalı həyat tərzi keçirib və yalnız özündən bir yaş böyük olan oğlanla yaxından ünsiyyətdə olub. Qızın valideynləri boşanıb.

 

Keçən ilin noyabrında qızın dayaq-hərəkət sistemində problemlər yaranıb. O, axsamağa başlayıb. Baş çəkdiyi həkimlər problemin psixosomatik olduğunu bildirsələr də, rəsmi diaqnoz qoymayıblar.

 

Zərərçəkənin dostu bildirib ki, məktəbli son günlərdə özünü pis hiss etdiyindən şikayət edib.

 

Hazırda xəstəxanaya yerləşdirilən qızın vəziyyəti ağırdır.

Rusiyaya ŞOK ZƏRBƏ - Çeçenlər Ukrayna tərəfə keçdi
Son xəbərlərDaha çox