Azedu.az

DİM “Peşəkar mühasib” adlı vəsait nəşr edib

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

7 Aprel 2023, 13:51
DİM “Peşəkar mühasib” adlı vəsait nəşr edib

Dövlət İmtahan Mərkəzi “Peşəkar mühasib” adlı metodik vəsait nəşr edib.

 

AzEdu.az xəbər verir ki, metodik vəsait peşəkar mühasib sertifikatı (PMS) verilməsi üçün keçirilən test imtahanına (I və II mərhələ) hazırlaşanlar və ictimaiyyətin bu sahə ilə maraqlanan təbəqəsi üçün nəzərdə tutulub.

 

Vəsaitə müvafiq qanunvericilik aktları, imtahan proqramları, imtahanın hər iki mərhələsinə aid tapşırıq nümunələri və digər zəruri materiallar daxil edilib.       

 

Vəsaiti "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
Son xəbərlərDaha çox