Azedu.az

Türkiyədə təhsil alan türkmənlərin sayı 12 mini ötüb

Xaricdə Təhsil

7 Aprel 2023, 10:44
Türkiyədə təhsil alan türkmənlərin sayı 12 mini ötüb

Bu gün Türkiyədə 12 mindən çox türkmən tələbə təhsil alır.

AzEdu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Xaricdəki Həmvətənlər və Qohum İcmalar İdarəsinin rəhbəri Sayit Yusuf bildirib.

İdarə rəisinin  sözlərinə görə, o, Aşqabadda Türkmənistanın təhsil naziri Qurbangül Atayeva ilə “son dərəcə faydalı görüş” keçirib.

“Biz Türkmənistanla təhsil sahəsində əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmağı, daha çox bacarıqlı tükmən gənclərini Türkiyə universitetlərinə qəbul etməyi hədəfləyirik. Bu sahədə Türkiyə dövlətini təqdim etdiyi təqüdlərin sayının artırılması da gündəlikdədir” – deyə Sayit Yusuf bildirib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox