Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən buraxılış imtahnları yekunlaşıb və qarşıda hələ universitetlərə qəbul imtahanları var. Bu ərəfələrdə imtahana hazırlaşan abituriyentlər həm stressli olur, həm də kənar təzyiqlərə tuş gəlirlər.
Yeniyetmələr arasında intihar hallarının artım tendensiyasına nəzər salsaq görərik ki, buraxılış və qəbul imtahanları dönəmində bu cür hallar daha çox baş verir. Şagirdlərin dərs yükünün ağır olması, stress, yuxusuz gecələr və daha çox valideyn təzyiqi nəticəsində bəzən belə xoşagəlməz hallar yaşanır.
Bəs bu kimi halların baş verməməsi üçün valideynlər övladlarına necə davranmalıdır?
AzEdu.az imtahan ərəfəsində və imtahndan sonra valideynlərin uşaqlarına necə davranmalı olduqları barədə araşdırmanı təqdim edir:
Universitet imtahanlarında ailələr də testdən keçir. Əgər tələbə imtahanda gözlənilən uğura nail ola bilməyibsə, oxumaq istəyi varsa və uğur qazanacağına inanırsa, ona yenidən hazırlaşmağı təklif edin. Lakin unutmaq olmaz ki, imtahana hazırlaşmağın vaxtı və həddi var.
Əgər uşağınız yenidən imtahan vermək istəmirsə, ona öz seçimlərində dəsdək olun. Həyatda uğurlu və xoşbəxt olmağın yeganə şərti imtahanda qalib gəlmək deyil. İş həyatına başladıqdan sonra da təhsili tamamlamaq mümkündür. Məlumdur ki, universitetdə oxumasa da həyatında çox xoşbəxt, işində uğurun zirvəsində olan insanlar var.