Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri tərəfindən "9-cu sinif şagirdlərinin buraxılış imtahanına psixoloji hazırlığı” mövzusunda vebinarın keçirilməsi nəzərdə tutulub.
Bu barədə AzEdu.az-a DİM dən məlumat verilib:
Vebinarda imtahana psixoloji hazırlığın vacibliyi, imtahan stresi, stresin həyatımıza təsiri və onunla mübarizə yolları barədə danışılacaq. Vebinar “Zoom” platforması vasitəsilə ödənişsiz keçiriləcək və “e_psixoloq.az”ın “Instagram” səhifəsində canlı yayımlanacaq.
Vebinarın linki həmin gün vebinardan bir neçə saat öncə qeydiyyat zamanı təqdim olunan elektron poçt ünvanına göndəriləcək.