Azedu.az

Müəllim Qoroskopu: Onların xarakteri ilə tanış olun - YENİLƏNİB

Maraqlı

4 Aprel 2023, 12:45
Müəllim Qoroskopu: Onların xarakteri ilə tanış olun - YENİLƏNİB

Müəllimlərin xasiyyətinə bələd olmaq həm çətin, həm də asandır. Asandır ona görə ki, uzun müddətli münasibət əsnasında onun yaxşı və pis adətləri ilə tanış olmaq imkanı yaranır. Çətindir ona görə ki, heç bir müəllimin müxtəlif situasiyalarda özünü necə aparacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil.

AzEdu.az saytı bu işdə biz sizə kömək etmək istəyir. Müəllimlərinizin xarakterini öyrənmək istəyirsinizsə. onların bürcləri ilə tanış olun. Qoroskopu oxuyun. Astroloqlar hər bürcə aid olan müəllimlərin əsas xüsusiyyətini müəyyən ediblər. Amma unutmayın ki, bu bir zarafatdır və hər zarafatda həqiqətin müəyyən hissəsi gizlənir.

Ötən dəfə Dolça, Balıqlar, Qoç və Buğa bürcündə doğulan müəllimlərin xüsusiyyətlərilə tanış olmuşdunuz. Bu gün əvvəlki yazıya daha iki bürcü - Əkizlər və Xərçəngi də əlavə edirk. Beləliklə:

Dolça (21.01 – 19.02)

Dolça bürcü qadınlarının xarakteri necədir?

Dolça bürcündən olanlar təsadüfən iş yeri kimi məktəbləri seçirlər. O qayda –qanunu xoşlamır və heç vaxt buna riayət etmir. Dərslərə mütəmadi olaraq gecikir və bütün dərsi tənəffüs əhval-ruhiyyəsində olur. O əylənməyi çox sevir və tez-tez dərs zamanı özünü teatr səhnəsindəki kimi aparır. Bu bürcdən olan müəllimlərlə dil tapmaq çox asandır. Şagirdləri tərəf müqabili kimi qəbul edir. Şagirdlər onlarla çox asanlıqla dost ola bilir. Dolça – müəllimlərlə dərsdənkənar vaxtlarda da ünsiyyət qurmaq olur. Dolça müəllimlər şagirdlərin ən çox sevdiyi müəllim tipidir.

***

Balıqlar (20.02 – 20.03)

Balıqlar bürcü haqqında hər şey » ilk.az

Balıq – müəllimlər məktəbdə heç rahat adam hesab olunmurlar. Onlardan qorunmaq lazımdır. Çox hissiyyatlıdır. Məktəbdə çalışmağa qərar veriblərsə, bu, peşəsinə olan dərin sevgidən irəli gəlir. Balıq-müəllimlər səs-küy zamanı sinifə qışqırmır, sadəcə otağı tərk edir və bir də sakitlik yarananda qayıdır. Kin saxlayandırlar. Bununla yanaşı, həmişə şagirdlərin tərəfini saxlayır və onları bağışlamağın tərəfdarıdır. Onun tərəfindən bağışlanmaq üçün sadəcə göz yaşları kifayət edə bilər.

 
***

Qoç (21.03 – 20-04)

Qoç bürcünün xüsusiyyətləri » ilk.az

Qoçlar müəllim kimi məktəbdə işləməyə çox davam gətirmirlər. Onların saysız-hesabsız ideyaları var və bu ideyaları vaxt gözləmədən həyata keçirmək lazımdır. Müsabiqə və yarış təşkil etməyi ürəkdən istəyir və hesab edirlər ki, belə tədbirlrər uşaqlarda entuziazmı gücləndirir. Qoç müəllimlər uşaqları məktəb divarlarından kənarda təsəvvür etmək istəmirlər.
Ehtiyatlı olun! Qoçu özündən çıxarmaq üçün heç də uzun zaman çalışmaq lazım deyil. Qəzəbli olan zaman onun gözünə görünməyin. Amma onlar kin saxlayan deyillər. Qoçlar yalanı sevməz-onlara həqiqəti deyin. Qoç müəllimlər sürətli reaksiya vermək sahəsində də təcrübəli müəllimdirlər.

***

Buğa (21.04 – 21.05)

Bürclərin bilinməyən tərəfləri » ilk.az

Buğaların səbrlərini imtahana çəkməyin. Səbr kasası daşacaq və bu zaman sizin iziniz belə qalmayacaq. Müəllim – buğalar ciddi dirənişləri ilə fərqlənirlər. Belə müəllimləri heç bir halda dərsin planından əl çəkdirmək mümkün deyil. Yeri gəlmişkən, dərsə həmişə hazır olun – gözlədiyiniz  möcüzə baş verməyəcək. Sabitliyi pozanlar buğaların qatı düşmənidirlər. Buna görə də hətta sinif otağında yerinizi dəyişib dərsdə onun gözündən yayınmağa cəhd etməyin. Buğalar təfərrüatı xoşlayır, yazı taxtası önündə ətraflı cavab verin, inşaları isə bacardıqca daha uzun yazın. Buğalardan çoxlu ev tapşırığı almağa hazır olun. Buğalar bayram və şənlikləri, rəqs təşkil etməyi, şirniyyat masalarını xoşlayır ki, bu da onların müsbət xüsusiyyətlərindəndir.

***

Əkizlər (22.05 – 21.06)

Bürclərin bilinməyən tərəfləri » ilk.az

Bu bürcdən olan müəllimlər yüksək dərəcədə yumor hissinə malik olurlar. Onların apardığı dərslər heç vaxt darıxdırıcı olmur, hətta dərsi hazırlamayanlar belə yumorla vəziyyətdən çıxış yolu tapırlar. Amma Əkizlər xəbərdarlıq etmədən yoxlama və fərdi işlər verə bilər. Sizi dərs danışmağa çağırıbsa, onu söhbətə tutmağa çalışın. Başı söhbətə qızışsa, sizdən dərsi soruşmaq yaddan çıxacaq.

Əkizlər - müəllimi aldatmaq asan deyil. Ona internetdən endirdiyiniz inşa ilə kələk gələ bilməyəcəksiniz. Fərdi yaradıcılığı bu müəllimlər daha yüksək qiymətləndirir.

***

Xərçəng ( 22.06 – 23.07 )

Xərçəng bürcü qadınlarının xarakteri necədir?

Xərçəng müəllimlə münasibətlər çox səliqəli olmalıdır - o, çox küsəyəndir. Dərsdə onun könlünə dəysəniz, asanlıqla dərsi dayandırıb sinfi tərk edə bilər. Ona əvvəlki mövzu barədə sual verməyi yoxlayın. Xərçənglər əvvəlki mövzular barədə danışmağı xoşlayırlar, şagirdləri də bunu xoşlamalıdır. Bu müəllimlər sakit şəraitdə dərs danışmağı, emosiya və hisslərini bölüşməyi xoşlayır. Siz onu incitməsəniz, o, sizinlə mehriban və qayğıkeş olacaq, sizə ailəsinin bir üzvü kimi diqqət yetirəcək. Xərçəng –müəllimlə asan yola getdiyiniz barədə illüziyaya düşməyin. Bu sizi aldada bilər.

***

Şir (24.07 – 23.08)

Şir bürcü haqqında hər şey » ilk.az

Şir bürcündən olan müəllimin əsəbləri ilə oynamayın! Onu ram etməyə çalışmaq olar. O, ürəyinin dərinliklərində öz şagirdlərinin xoşuna gəlməkdən ötrü əldən gedir. Onu vəhşi hesab etsəniz - bu cür davranışı da geri alacaqsınız, yox əgər nəvazişkar pişik kimi qəbul etsəniz, elə pişiyin ən yaxşı xüsusiyyətlərini sizə göstərəcək. Şir - müəllimlər gündəlik tələb etmək, dərsdən xaric etmək kimi tipik pedaqoji fəndləri xoşlayır. Məktəbdə onun ən çox xoşladığı yer akt zalının səhnəsidir. Şirdən teatr dərnəyi təşkil edib onun rəhbəri olmağı xahiş etsəniz, uçmağa qanadı olmayacaq. Dərslərdə göstərdiyiniz zəif nəticələrə görə, Şir sizə əlavə tapşırıq versə deyin ki, bu tapşırıqları xoşlayırsınız, amma belə  tapşırıqları mənimsəmək üçün zəruri vərdişə sahib deyilsiniz.

 ***

Qız (24.08 – 23.09)

Qız bürcü haqqında (qısa məlumat,qiz burcu hakkinda) - YouTube

Qızın dərsinə heç vaxt gecikməyin! Qız – müəllim dərsə hamıdan qabaq gəlir. Dərs vəsaitinizi, dəftər-kitablarınızı səliqəli və təmiz saxlayın. Qız səliqəsizliyi xoşlamır. O, hər xırdalıqları yadda saxlayır - belə müəllimlərin tapşırıqlarını həmişə yerinə yetirin. Tibbə ciddi maraq göstərir, sağlamlığınız yerində deyilsə, sizi dərsdən buraxa və sağalmaq üçün məsləhətlər verə bilər. Dəqiq bilin ki, o, axşam sizin evə zəng edib səhhətinizlə maraqlanacaq.

 
***

Tərəzi (24.09 – 23.10)

Tərəzi bürcü haqqında hər şey » ilk.az

Tərəzi – müəllimlər sinifdə səs-küyü xoşlamır. Qşqırıq onu hövsələdən çıxarır. Belə hallarda Tərəzidən ağlabatan cavab gözləməyin. Tərəzi-müəllim dərsə yüksək əhval-ruhiyyədə gələcək – onun xarici görünüşünü tərifləyin. Onlar mükəmməl rəhbərdirlər və sinfi heç vaxt bezdirmir. Valideynləri məktəbə çağırmağı xoşlamırlar və şagirdlər arasında baş verən mübahisələrə qarışmırlar. Hərdən sinfi teatr və konsertə aparmağı xoşlayırlar. Onunla münaqişəli vəziyyət yaranarsa, öz əsəblərinizi qorumağa çalışın.

 ***

Əqrəb (24.10 – 22.11)

Əqrəb bürcünün xüsusiyyətləri » ilk.az

Əqrəb -  müəllimlər əsəbləri zif olan şagirdlər üçün deyil. Onun dərslərində hər şeyi maksimum səviyyədə yerinə yetirmək lazımdır. İti baxışları qarşısında  heç kim dayana bilmir. Əqrəb sakit görünə bilər və heç vaxt birinci çalmır. Siz ehtiyatsız bir hərəkətinizlə zəhər payınızı ala biləcəksiniz. Onunla mübahisə etməyə də qalxmayın. Onun qəzəbi sizi hədələyirsə, özünüzü heç nə olmamış kimi aparın. Eyni zamanda, ondan qorxduğunuzu biruzə verməyin.  Öz heysiyyatınızı qoruyun. Əqrəb- müəllimlər öz üstünlüklərini hər dəfə nümayiş etdirməyə çalışacaq. Bu sizi onun gözündə qaldıran vasitə olacaq. Əqrəbin dərs dediyi şagird olmaq – ekstremal şəraitdə həyat mücadiləsi aparmağa bərabərdir.


***

Oxatan (23.11 – 21.12)
 

Oxatan bürcü haqqında 2021 » ilk.az

Oxatan – müəllim tez-tez öz sinfini yürüşə aparır. Yürüş həyatı asan deyil, amma siz gitarada çalmağı, ocaq yandırmağı, mahnı oxumağı öyrənirsiniz. Tərəzilər düzlüyü və səmimiliyi sevirlər. Şagird haqqında nə düşündüyünü tərəddüd etmədən deməyi bacarır. Oxatan məktəbə yazmaq, yaratmaq, tarix yaratmaq üçün gəlirlər. Əsəbi olanda onun üçün sakit şərait yaratmağa çalışın.

 
***

Oğlaq (22.12 – 20.01)

Oğlaq bürcü haqqinda qisa melumat (sevgi,dostluq və dürüstluk) - YouTube

Oğlaq- müəllimlə heç vaxt mübahisə etməyin. O həmişə haqlıdır, hətta haqlı olmayanda belə. Onun yaşı çox olduqca, bu keyfiyyəti də daha artıq özünü göstərir. Əgər o, “lazımdır” deyirsə, deməli lazımdır. Başınızı əyin və müticəsinə onu dinləyin. Onun qarşısında ağlamayın – bağışlanmayacaqsınız. Günahınız varsa, özünüzü təmizə çıxarmağa çalışmayın, vəziyyəti düzəltmək üçün məsləhət verməsini istəyin. Öğlaq – müəllim faydalı tədbirləri və nizam-intizamı xoşlayır.

ŞOK! Ukrayna Rusiyanın nəzarətə götürdüyü bu ərazini BO*MBALADI
Son xəbərlərDaha çox