Azedu.az

DSX-nın Xüsusi Məktəbinin V sinfinə imtahan keçirildi

Dövlət İmtahan Mərkəzi (DİM)

2 Aprel 2023, 12:59
DSX-nın Xüsusi Məktəbinin V sinfinə imtahan keçirildi

Bu gün keçirilən Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb.

AzEdu.az xəbər verir ki, imtahan prosesinin idarə olunması üçün Dövlət İmtahan Mərkəzində (DİM) operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

İmtahan Bakı şəhərində 3 binada təşkil olunub. İmtahanın idarə olunmasına 9 imtahan rəhbəri, 3 ümumi imtahan rəhbəri, 75 nəzarətçi-müəllim, 9 buraxılış rejimi əməkdaşı ayrılıb.

Aprelin 3-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahanın nəticəsi yaxın 2-3 gün ərzində elan olunacaq.

 

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox