Əfqanıstanın şimalındakı Cüzcan vilayətinin Kuştəpə rayonunda məktəbə əl qumbarasının atılması nəticəsində iki şagird həyatını itirib.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Cüzcan Polis İdarəsinin sözçüsü Əbdül Səttar Həlimi mətbuata verdiyi açıqlamada naməlum şəxsin Kuştəpə rayonundakı məktəbə əl qumbarası atdığını bildirib.
Hücumda 2 şagirdin höldüyünü deyən Halimi 4 şagirdin də yaralandığını qeyd edib.
Hadisə şahidləri hücumun qızların təhsil aldığı ibtidai məktəbdə təşkil edildiyini iddia edib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.