Azedu.az

Qırğızıstanda uşaqlar arasına kütləvi zəhərlənmə

Məktəblər

30 Mart 2023, 10:16
Qırğızıstanda uşaqlar arasına kütləvi zəhərlənmə

Qırğızıstanın Oş vilayətində qırxdan çox uşaq naməlum maddədən zəhərlənib, onlardan 18-i xəstəxanaya yerləşdirilib. Bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.

 

AzEdu.az xəbər verir ki, “Oş vilayətinin Qara-Su rayonunda 43 uşaq tibbi yardım üçün müraciət edib”, - nazirlikdən bildirilib.

 

Zərərçəkənlərə ilkin zəhərlənmə diaqnozu qoyulub.

 

Zəhərlənməyə konkret nəyin səbəb olduğu hazırda mütəxəssislər tərəfindən müəyyən edilir. Müvafiq təhlillər aparılır.

İstefa ərizəsi molla rejimini silkələdi - İran çalxalanır
Son xəbərlərDaha çox