Xəbər verdiyimiz kimi 2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. Yeni modelə uyğun sınaq imtahanı keçirilsə də, imtahanın nəticələrini o qədər də qənaətbəxş hesab etmək olmaz. Bu sistem özündən öncəki qəbul modelindən tamamilə fərqləndiyindən mütəxəssislər tərəfindən abituriyentlərin gələnilki qəbul imtahanlarında aşağı nəticə göstərəcəkləri proqnozlaşdırılıb.
AzEdu.az xəbər verir ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul modelinə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub.
I blok – Riyaziyyat, Fizika, Kimya
II blok-Riyaziyyat, Coğrafiya, Tarix
III blok – Azərbaycan(rus) dili, Tarix, Ədəbiyyat
IV blok – Biologiya, Kimya, Fizika
Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.
Bu sualların ballarının necə hesablanacağı və sualların necə tərtib olunacağı məlum deyil.
AzEdu.az abituriyentlərin narahatlığını nəzərə alaraq yazılı şəkildə cavabalandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardan nümunələri sizə təqdim edir. Test nümunələri ilə aşağıda qeyd olunan fayl vasitəsilə tanış ola bilərsiniz: