“Türkiyədə baş vermiş zəlzələdən sonra apardığımız təhlillər zamanı ölkəmizdə seysmologiya üzrə ixtisaslaşdırılmış kadrlara ehtiyac olduğunu müəyyən etmişik”.
AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.
O bildirib ki, ölkənin ali təhsil sistemində və digər elmi qurumlarında magistr, fəlsəfə doktorluğu, elmlər doktorluğu üzrə seysmologiya sahəsində boşluqlar var.