Əvvəlki illərin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanı 14 may tarixində keçiriləcək.
AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bu il 9-cu sinfi bitirənlərə gəldikdə isə DİM-dən bildirilib ki, onlar müsabiqədə buraxılış imtahanından qazandıqları nəticələr əsasında iştirak edirlər.
DİM-in məlumatına görə, ümumi (9 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu 4-24 aprel tarixlərində aparılacaq.