Azedu.az

Rusiya bu ölkənin attestat və diplomlarını artıq tanımır

Xaricdə Təhsil

10 Mart 2023, 10:17
Rusiya bu ölkənin attestat və diplomlarını artıq tanımır

Ukrayna diplomları və attestatları artıq Rusiya tərəfindən tanınmır.

 

AzEdu.az xəbər verir ki, Rusiya Xarici İşlər Naziri bu barədə rəsmi qaydada məlumat verib.

 

Məlumatda deyilir: “20 dekabr 2022-ci ildən başlayaraq Rusiya Federasiyası hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında 2000-ci ilin may ayının 26 – da bağlanmış attestat, diplom, elmi dərəcələrin tanınması sahəsindəki müqavilənin fəaliyyətinə xitam verilir.”

 

Bu Rusiya və həm də Ukraynada yaşayan həmvətənlilərimiz üçün də ciddi xəbərdarlıqdır. Çünki bu ölkələrdə yaşayan azərbaycanlılar öz yaşayış yerlərini dəyişərkən bu amili nəzərdən qaçırmamalıdırlar.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox