Azedu.az

İran müxalifəti: “Məktəbli qızların zəhərlənməsi hakimiyyətinin işidir”

9 Mart 2023, 17:28
İran müxalifəti: “Məktəbli qızların zəhərlənməsi hakimiyyətinin işidir”

 

Məktəbli qızların zəhərlənməsinin İran hakimiyyət orqanları tərəfindən məqsədyönlü şəkildə təşkil edilməsi barədə artıq ölkə daxilində də ucadan danışmağa başlayıblar.

AzEdu.az xəbər verir ki, İran müxalifətinin tanınmış nümayəndələri bu barədə artıq heç bir şübhənin olmadığına inanırlar. Belə müxalifət nümayəndələrindən biri də Tehran Universitetinin professoru Zəhra Rahnavərddir. Zəhra həm də İran  müxalifətinin ən ciddi fiquru olan Mir Hüseyin Musəvinin həyat yoldaşıdır.

Zəhra Rahnavərd məktəbli qızların zəhərlənməsini İran hakimiyyətinin son illər qadınlara qarşı işlətdikləri “ən çirkin cinayət” adlandırıb. Beynəlxalq Qadınlar Günü ərəfəsində verdiyi bəyanatda o bildirib ki, üç ay ərzində 1000-dən artıq məktəbli qızın zəhərlənməsi hakimiyyət daxilindəki irticaçı qüvvələr tərəfindən ən yüksək səviyyələrdə hazırlanıb və onların razılığı ilə “səhnələşdirilib”.

Rahnavərd hesab edir ki, hakimiyyət bununla gənc qızlardan sentyabrın 22-dən sonra Mahsa Əmininin ölümünə etiraz əlaməti kimi ayağa qalxaraq hakimiyyətə qarşı çıxmalarının qisasını almaq istəyir. Hakimiyyət öz vətəndaşlarına qarşı iyrənc qisas əməliyyatı həyata keçirir və qadınları uzun müddət siyasi fəaliyyətdən uzaqlaşdırmaq istəyir.

İranda və İrandan xaricdəki müxalif qüvvələr isə məktəbli qızların kütləvi zəhərlənməsinin həyata keçirilməsini həm də hakimiyyətin qadınların etirazlarının qarşısının alınmasında gücsüz olduğunun göstəricisi hesab edirlər. Hakimiyyət məktəbli qızların zəhərlənməsi əməliyyatını həyata keçirməklə etiraza qalxan qadınlardan qisas almaq, onların növbəti çıxışlarını saxlamaq, baş örtüyü məsələsini yaddan çıxarmaq və xarici qüvvələri günahlandırmaq məqsədi güdür. Amma məqsədlərinə nail ola bildimi?

Əlbəttə ki, xeyr. Oradan gələn məlumatlara görə İran hakimiyyət orqanları həm daxildən, həm də xaricdən olan təzyiqlərə davam gətirməyərək, bu işdə əli olanları tapıb “cəzalandırmaq” haqqında göstəriş verib. Hadisə baş verəndən 3 ay keçib və minlərlə qız zəhərlənmənin təsirindən xəstəxanalarda yerləşdirilib. İstintaqın nəticəsi də artıq məlumdur. Rejim 1979-cu ildən bu günə qədər oxuduğu mahnını yenə də təkrar edərək qızları zəhərləyənlərin “xarici düşmənlər və onların İran daxilindəki əlaltıları” olduğunu ortaya qoyacaq.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox