Mütəxəssislər bəzi qidaların uşaqları aqressivləşdirdiyini bildirirlər. Uşaqların inkişafında düzgün qidalanma çox mühüm rol oynayır. Araşdırmalar göstərir ki, hətta uşaqların xarakter xüsusiyyətlərinin formalaşmasında da qidaların təsiri vardır.
AzEdu.az uşaqların aqressivliyinə səbəb ola biləcək 20 qidanı sizə təqdim edir:
1. Kolbasa
2. Qəhvə
3. Göbələk
4. Çipsi
5. Üzüm
6. Sosiska
7. Şokolad
8. Dondurma
9. Qazlı içki
10. Xəmir işləri
11. Dondurulmuş qida
12. Hazır şorbalar
13. Makaron
14. Tort
15. Popkorn
16. Çiy yumurta
17. Qızarmış toyuq qanadları
18. Fast food
19. Krem pendir
20. Həddindən artıq şəkər və yağlı qidalar
Uşaqlarda əsəb sisteminə təsir edən digər amillər də bunlardır:
- Səbirsiz və uşağı üçün həddindən artıq narahat olan valideynlər.
- Ailədaxili fikir ayrılığı və ailə üzvlərinin qəzəbli olması.
- Valideynlərin uşağın gözü qarşısında mübahisə etməsi və özünü yüksək səslə ifadə etməyə çalışması.
- Valideyn münasibətində uyğunsuzluq təzyiq, hədə-qorxu.
- Ailədə sərt qayda-qanun.
Bəs valideyinlər bunların qarşısını almaq üçün nə etməlidir?
Əvvəlcə uşağınızın nəyə qəzəbləndiyini müəyyən etmək lazımdır. Sakit olun, qışqırmaqdan çəkinin və uşağınız qəzəbləndikdə onu cəzalandırmayın. Ən yaxşı hərəkət yolu ona məhəl qoymamaq və heç nə olmamış kimi davranmaqdır. Uşağınız özünə zərər vermədiyi müddətcə laqeydmiş kimi davranın. O, qəzəbləndikdə sizə qarşı mənfi fikirlər söyləyə bilər. Bu zaman uşağı dinləyib nitqinin bitməsini gözləyin. Ona kifəyət qədər vaxt ayırın və sevginizi göstərin. Uşağınızın çox yorğun, yuxusuz və ya ac olmamasına diqqət edin, xüsusən də onunla çölə çıxarkən. İstəklərini yerinə yetirmək üçün qəzəbli davranırsa, istədiyini bu şəkildə almasına icazə verməyin. Təcavüzkar, şiddətli televiziya proqramlarını, cizgi filmlərini, kompüter oyunlarını qadağan edin. Hadisələr qarşısında sakit davranış nümayiş etdirərək uşağa nümunə olun.