5 mart buraxılış imtahanından sonra abituriyentlərdə bir fikir formalaşıb: onlar düşünür ki, 5 martda keçirilən imtahan çətin idi və 12 martda keçiriləcək imtahan isə nisbətən asan olacaq.
Bəs bu fikir nə dərəcədə doğrudur?
AzEdu.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə sözügedən iddiaya cavab verib:
"“5 martdakı imtahan çətin idi və 12 martdakı imtahan asan olacaq, - deyə düşüncə yanlışdır. Suallar Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən çoxdan hazırlanıb və imtahanlar eyni çətinlik səviyyəsinə malik olur”.