Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdullanın təşəbbüsü ilə universitetin 2 saylı qızlar yataqxanasında yaşayan tələbələr 1 aylıq kirayə ödənişindən azad olunub.
AzEdu.az xəbər verir ki, bu barədə ADU-nun mətbuat katibi Cavid Zeynallı bildirib.
Onun sözlərinə görə, ADU-nun tələbə yataqxanası universitetlər arasında ən ucuz yataqxanadır.
“Aylıq 30 manat. Başqa universitetlərdə 60-90 və daha bahadır”.
Hazırda Azərbaycan Dillər Universitetinin qızlar yataqxanasında 70 tələbə yaşayır.