Azedu.az

DİM abituriyentlər üçün məsləhət mərkəzləri yaradıb

7 Mart 2023, 10:22
DİM abituriyentlər üçün məsləhət mərkəzləri yaradıb
Hər il olduğu kimi bu il də Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir.
 
 
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a məlumat verilib:
 
 
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlər martın 15-dək “Abituriyentin elektron ərizəsi”nin doldurulması və təsdiqi üçün ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.

Məsləhət mərkəzləri Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində, Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Bakı Avrasiya, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat Universitetində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər.
Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox