Azedu.az

İki fənni tədris edən müəllim bir fəndən sertifikasiya olunacaq

Elm və Təhsil Nazirliyi

2 Mart 2023, 16:54
İki fənni tədris edən müəllim bir fəndən sertifikasiya olunacaq

"İki ixtisas fənnini tədris edən müəllim yalnız bir fəndən sertifikasiyada iştirak edə bilər”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil İnstitutu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Təhsil masası”nda deyib:

“İkili ixtisas fənninə sahib olan müəllimlərin hansı fəndən sertifikasiyaya cəlb olunacağı zamanı məktəbdəki müəllimlərin sayına, onların qiymətləndirmə nəticələrinə, dərs yükünə baxılır. Müəllimlərimizin hansı fəndən dərs saatı çoxdursa, aydın məsələdir ki, artıq o fənn üzrə peşəkarlaşmış olur.

Ona görə də, həmin fənn üzrə seçim edib bu prosesə cəlb olunurlar. Amma onların bir fəndən sertifikasıyadan keçməsi, digər fənni tədris etməsinə şərait yaratmır”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox