Azedu.az

Bakıda şagirdlər dalaşdı - Məktəb aydınlıq gətirdi

2 Mart 2023, 13:40
Bakıda şagirdlər dalaşdı - Məktəb aydınlıq gətirdi

Bakıdakı 83 nömrəli məktəb-liseydə şagirdlərdən birinin sinif yoldaşını bıçaqladığına dair yayılan məlumata aydınlıq gətirilib.

AzEdu.az xəbər verir ki, bu barədə məktəbdən APA-ya bildirilib.

Qeyd edilib ki, 28.02.2023-cü il tarixdə 83 nömrəli məktəb-liseyin iki nəfər 10-cu sinif şagirdi tənəffüs zamanı zarafatlaşarkən anlaşılmazlıq əsnasında sanitar qovşaqda mübahisə və münaqişə ediblər:

"Məktəb rəhbərliyi dərhal məsələyə müdaxilə edib, valideynlər məktəbə dəvət olunub. Məktəb rəhbərliyi tərəfindən psixoloqun iştirakı ilə valideynlər və şagirdlərlə söhbət aparılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib".

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox