Azedu.az

Məktəblər mərhələli şəkildə təmir olacaq 

Məktəblər

Elm və Təhsil Nazirliyi

27 Fevral 2023, 16:25
Məktəblər mərhələli şəkildə təmir olacaq 

 “Azərbaycanda dörd məktəbdən üçü yaxşı vəziyyətdədir”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev 6 nömrəli məktəb-liseydə keçirilən brifinqdə deyib. Onun sözlərinə göprə, ölkədə 800 məktəb qəzalı vəziyyətdədir:

 

“Hazırda 800-dən artıq məktəbin hamısını eyni ildə təmir etmək mümkün deyil. Ölkəmizdə mərhələli şəkildə məktəblərin təmir prosesi baş tutur. Qəbul edirəm ki, ölkəmizdə elə məktəblər var ki, orada vəziyyət həqiqətən də acınacaqlı haldadır. Amma həqiqət budur ki, onların hamısını eyni anda təmir etmək olmur. Bizim tərəfimizdən il ərzində hər bölgəyə bir məktəb düşməklə təmir edilməsi nəzərdə tutulur".

Sərhəddə hərəkətlənmə - Erməni bloqer sığınacaq istəyir
Son xəbərlərDaha çox